Uşaqlara bayram hədiyyələri alarkən diqqətli olun!

Uşaqlara bayram hədiyyələri alarkən diqqətli olun!

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi monitorinq nəticəsində bayram günlərində satışdan 20 kiloqrama yaxın keyfiyyətsiz bayram hədiyyəsi yığışdırılıb.


Nazirlikdən SİA-ya verilən məlumata görə, uşaqlar üçün nəzərdə tutulan həmin hədiyyələr paytaxt ərazisindəki mağazalarda aşkarlanıb: "Monitorinqlər zamanı 20 kiloqram çəkisi olan 50 hədiyyə qutusunun içərisində uşaqlar üçün zərərli ola biləcək keyfiyyətsiz ərzaqların olduğu məlum olub. Hədiyyələr məhv edilib".


Nazirlikdən bildirildi ki, bu istiqamətdə olan monitorinqlər davam etdirilir.


Bütün xəbərlər Facebook səhifəmizdə