İranın keçmiş prezidentinin qızına 6 aylıq həbs cəzası verilib

İranın keçmiş prezidentinin qızına 6 aylıq həbs cəzası verilib

İranın keçmiş prezidenti Əli Əkbər Haşemi-Rəfsancaninin qızı Faezə Haşemi anti-hökumət təbliğatına görə 6 aylıq həbs cəzasına məhkum edilib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Tehran məhkəməsi həmçinin eks-prezidentin qızına 5 il müddətinə siyasi fəaliyyətlə məşğul olmağı və kütləvi-informasiya vasitələrində çıxış etməyi qadağan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə