Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi havaların soyuması və bəzi rayonlarda qar yağması ilə əlaqədar sürücülərə müraciət edib.Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev SİA-ya bildirib ki, qarın yağması ilə əlaqədar Bakı-Şamaxı, Bakı-Quba yollarında, İsmayıllı rayonuna gedən yolda və Ağsu aşırımında avtomobillərin hərəkətində çətinlik yaranıb. K. Əliyev hazırda həmin yolların avtomobillərin hərəkəti üçün açıq olduğunu bildirib. Bununla belə, şöbə rəisi sürücülərə müraciət edərək həmin ərazilərdəki yollarda iki aparıcı oxu olan avtomobillərdən istifadənin daha məqsədəuyğun olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə