Yəməndə 3 nəfər həlak olub

Yəməndə Səna şəhərində Əli Abdullah Saleh rejiminin korrupsiyaya uğramasına etiraz olaraq çoxminlik nümayiş keçirilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə Nümayiş vaxtı hökümət qüvvələri ilə toqquşma baş verib. Nəticədə 1 dinc sakin həlak olub.

Paytaxtın 80 kilometrliyində baş vermiş digər toqquşma isə 2 nəfərin ölümü, daha bir neçə nəfərin yaralanması ilə nəticələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə