Rusiyada qeyri-leqal miqrantlara qarşı münasibət bir qədər yumşaldılıb

Rusiyada qeyri-leqal miqrantlara qarşı münasibət bir qədər yumşaldılıb

Rusiyada miqrantların ölkədən çıxarılması qaydası dəyişib. qüvvəyə minmiş yeni qanuna görə, Rusiya ərazisindən miqrantların çıxarılması ilə polislər yox, məhkəmə pristavları məşğul olacaqlar. Bunun üçün iyula qədər ölkə ərazisində xüsusi təcridxanalar tikiləcək və qeyri-leqal miqrantlar vətənlərinə yola salınana qədər orada saxlanılacaqlar. Yeni qaydalara görə, Rusiyada qeyri-leqal miqrantlara qarşı münasibət bir qədər yumşaldılıb və onlara beş gün ərzində ölkəni könüllü tərk etmək imkanı yaradılıb. Yalnız bundan sonra miqrant təcridxanaya göndərilə bilər.

Xatırladaq ki, Rusiyada 15 milyona yaxın qanunsuz miqrant var.

Bütün xəbərlər Facebook səhifəmizdə