Azərbaycan beynəlxalq hərbi sənaye sərgisi keçirməyi planlaşdırır

Azərbaycan beynəlxalq hərbi sənaye sərgisi keçirməyi planlaşdırır

Azərbaycan beynəlxalq hərbi sənaye sərgisi keçirməyi planlaşdırır. SİA-nın AzərTAc-a istinadən verdiyi xəbərə görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Onun sözlərinə görə, sərginin 2014-cü ildə keçirilməsi nəzərdə tutulub. Tədbirin təşkili ilə bir sıra şirkətlər məşğul olurlar. Həmin şirkətlərlə aparılan danışıqların nəticələrinə əsasən, sərgiyə hazırlıq və təşkilatı işlərin həyata keçirilməsi üçün ən azı 2 il müddət lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə