Türkiyə höküməti Fransa parlamentinin "erməni iddiaları"nın rədd edilməsini cinayət sayan qanunun qəbulundan sonra etiraz olaraq, geri çağırdığı Paris səfirini yenidən Fransaya göndərməyi müzakirə edir. SİA-nın "Milliyyət" qəzetinə istinadən verdiyi xəbərə görə, hökümət artıq səfir Tahsin Burcuoğlunun yenidən öz postuna qayıtmasını təsdiq edib.
Mətbuatda yayılan məlumatları təsdiqləyən səfir Tahsin Burcuoğlu qeyd edib ki Fransaya səfər sadəcə bir sıra görüşlərin keçirilməsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, səfir Fevralın onunda Fransaya səfər edəcək. Səfərdə məqsəd Fransa Senatında "erməni iddiaları"nın rədd edilməsini cinayət sayan qanunun qəbul edimləsinin qarşısını almaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB