Şamaxı yolunda agır qəza-4 nəfər öldü

Şamaxı yolunda agır qəza-4 nəfər öldü
Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib. Yol qəzası nəticəsində üçü bir ailənin üzvü olmaqla, dörd nəfər ölüb, bir nəfər ağır yaralanıb.Masallı rayon sakini, 1975-ci il təvəllüdlü Yalçın Fətullayevin idarə etdiyi 90 XM 234 dövlət nömrə nişanlı, "Mercedes" markalı minik maşını ilə Tovuz rayon sakini, 1975-ci il təvəllüdlü Həmid Həbibovun idarə etdiyi 90 HO 495 dövlət nömrə nişanlı, "Nissan Qashqay" markalı avtomobil yanvarın 1-də saat 17.30 radələrində Bakı-Şamaxı yolunun 127-ci km-də - Şamaxı rayonu ərazisində toqquşub.Nəticədə hər iki avtomobilin sürücüsü, habelə "Nissan"-ın sürücünün 3 yaşlı qızı Gülşən Həbibova və 5 yaşlı oğlu Amid Həbibov ölüb, həyat yoldaşı, 1979-cu il təvəllüdlü Vüsalə Həbibova ağır yaralanıb. V. Həbibova koma vəziyyətində Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, sonradan isə Bakıya göndərilib.Faktla bağlı BDYPİ-nin İstintaq və təhqiqat şöbəsin cinayət işi başlanıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə