Avropa Birliyi  İrana qarşı sanksiyaları genişləndirir

Avropa Birliyi İrana qarşı sanksiyaları genişləndirir
Avropa Birliyi (AB) İrana qarşı sanksiyaları daha da genişləndirməyi planlaşdırır. SİA-nın məlumatına görə, bu barədə AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəliyinin rəsmisi Maykl Mann bildirib. Onun sözlərinə görə, məsələnin AB-nin yanvarın 30-da keçirilməsi planlaşdırılan zirvə toplantısına qədər həllini tapması gözlənilir. Qeyd edək ki, ötən ilin sonlarında AB İranda 180 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə