Böyük Britaniyanın tanınmış "Atkins" şirkətinin "Bakı Ağ Şəhər" layihəsi çərçivəsində inşa olunacaq "Sahilyanı rayon" Dənizkənarı Milli Parka yaxın olduğundan prestijli hesab ediləcək.SİA-nın xəbərinə görə, "Bakı Ağ Şəhər" Layihəsinin icra qrupundan AzərTAc-a bildiriblər ki, layihəyə əsasən, rayon Nobel prospektindən cənuba, dənizə doğru uzanacaq. Sahil xəttinə paralel keçən küçələr, külli miqdarda ticarət və müxtəlif əyləncə obyektləri rayonun infrastrukturuna xüsusi özəllik verəcək.
Ərazisi 41,9 hektar olacaq rayonda 742 min 410 kvadratmetr yaşayış, 199 min 570 kvadratmetr ofis və 97 min 430 kvadratmetr ticarət sahəsinin inşası nəzərdə tutulub.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB