Qənirə Paşayevanın huşunu itirməsi barədə sosial şəbəkələrdə məlumat yayıldı
Millət vəkili Qənirə Paşayevanın yanvar ayının 30-da tədbirlərin birində huşunu itirməsi barədə sosial şəbəkələrdə məlumat yayılıb. SİA-nın xəbərinə görə, məsələ ilə bağlı millət vəkilinin şəxsi "Facebook" profilində onun köməkçisi Firuzə xanım açıqlama yerləşdirib.
Açıqlamanı olduğu kimi sizə çatdırırıq:
"Bəzi insanların sosial şəbəkə səhifəsində millət vəkili Qənirə Paşayevanın bir toplantıda huşunu itirərək yıxılması, özünə gələ bilməməsi və ölümcül vəziyyətdə olması barədə yazdıqlarını ailəsi və yaxınları olaraq üzüntü ilə qarşiladıq. Doğrudur yanvarın 30-da gündüz saatlarında Qənirə xanım bir tədbir zamanı hüşünü itirib amma onun ölümcül vəziyyətdə olması, ağır xəstə olması xəbərləri doğru deyil. Həkimlər Qənirə xanımın səhəttində yaranmış problemin səbəbinin aşırı yorgunluq, gərginlik, yuxusuzluq olduğunu deyirlər. Üstəlik Qənirə xanım ötən gün cəbhə bölgələrində idi və bir az soyuqlamışdı. Amma həkimlər Qənirə xanımın bir neçə gün həkim nəzarətində müalicə aldıqdan sonra tam sağalacağını və yenidən işinə dönə biləcəyini deyirlər. Ümid edirik ki, Qənirə xanımın ailəsini üzən bu kimi dedi-qodu xəbərləri geniş yayılmayacaq. Qənirə xanımın adından hamınızın bayramınızı təbrik edir, hər kəsə can sağlığı, xoşbəxtlik və uğurılar arzulayiriq. Firuzə (Qənirə xanımın köməkçisi)".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB