Kaliforniyadakı həmvətənlərimiz Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd ediblər
Kaliforniyadakı həmvətənlərimiz Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd ediblər.
ABŞ-dakı Şimali Azərbaycan Mədəniyyət Cəmiyyətindən (NACSA) bildiriblər ki, Palo Alto şəhərində keçirilmiş bayram tədbirində Azərbaycanın Los –Ancelesdəki baş konsulluğunun əməkdaşı Abbas Əhmədov, Kaliforniya ştatının şimal bölgəsində yaşayan həmvətənlərimiz, eləcə də Azərbaycanın dostları iştirak ediblər.
NACSA-nın üzvü Zərifə Musayeva Dunya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə qonaqları təbrik edib, bu əlamətdar günün əhəmiyyətindən danışıb.
NACSA fəalı Ceyhun Əzizəliyev isə Dunya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi ilə bağlı ətraflı məlumat verib.
Vurğulanmışdır ki, Şimali Kaliforniyada yaşayan azərbaycanlılar cari ildə fəaliyyətləri ilə Azərbaycan həqiqətlərinin ABŞ ictimayyətinə çatdırlması işində səylərini daha da artırmalıdırlar.
Qonaqlar milli mətbəximizin ləziz nümunələrini dadmağa dəvət olunublar.
Xalq musiqisi və rəqslərindən ibarət nömrələr isə böyük rəğbətlə qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB