“Şamaxının millət vəkili – birinci il”

“Şamaxının millət vəkili – birinci il”

Milli Məclisin üzvü Elxan Süleymanovun millət vəkili kimi fəaliyyətinin bir ilinə həsr olunan "Şamaxının millət vəkili – birinci il" kitabı işıq üzü görüb. SİA-nın xəbərinə görə, www.elkhan-suleymanov.az nəşri olan kitaba Şamaxının millət vəkili Elxan Süleymanovun seçicilərlə görüşləri, müsahibələri, müraciət və çıxışları, ilboyu gərgin və məqsədyönlü fəaliyyətini əks etdirən materiallar daxil edilib.

Ötən bir il həqiqətən də Şamaxının millət vəkili üçün əlamətdar olub. Millət vəkili Elxan Süleymanov Azərbaycan Respublikası Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinə üzv, AVRONEST Parlament Assambleyasının vitse-prezidenti, bu mötəbər qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri seçilib.

Millət vəkili özü bu bir ili belə xarakterizə edir: "Mən bu bir ildə həmişə çalışmışam ki, sizinlə daha çox birgə həyat yaşayım, sizin problemlərinizlə tanış olum, onları anlayım və əhalinin həyat və ictimai xidmət səviyyəsini təkmilləşdirən həll yollarının tapılmasında rol oynayım. Sizinlə birbaşa əlaqədə olmaq mənim üçün böyük təcrübə idi".

Bütün xəbərlər Facebook səhifəmizdə