Naxçıvanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il qeyd olunub
Naxçıvanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il qeyd olunub. Dekabrın 31-də axşam saatlarından başlayaraq Naxçıvan şəhərinin əhalisi bayram əhval-ruhiyyəsi ilə Heydər Əliyev prospektindəki mərkəzi meydana toplaşmışdı. Burada bir neçə gün əvvəldən bayramların gəlişi münasibətilə yolka bəzədilmişdi. Vətənimizi, həmrəyliyi, milli-mənəvi dəyərləri, Yeni ili tərənnüm edən mahnıların səslənməsi, uşaqların mahnı sədaları altında rəqs edib əylənməsi, Şaxta baba və qar qızın yolka ətrafında toplanan uşaqlara hədiyyələr paylaması meydana toplaşmış sakinlərə xoş ovqat bəxş edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə bayram şənliyinə qatılıb.
Gecə saat 00:00-da - Yeni ilin ilk dəqiqələri, ilk nəfəsi duyulanda çoxminli şəhər sakinləri möhtəşəm bayram atəşfəşanlığını seyr ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB