Qusarın şəhər mərkəzindən 4 kilometr aralıda yerləşən Avaran kəndində yeni ATS istifadəyə verilib.
SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, Qusar rayon Telekommunikasiya Qovşağının rəisi Fərhad Pirmətov bildirib ki, kənd şəhər mərkəzinə yaxın olmasına baxmayaraq burda heç vaxt ATS olmayıb və əhali telefondan istifadə etməyib.
Yeni istifadəyə verilmiş ATS-in 128 nömrə tutumlu olduğunu deyən Fərhad Pirmətov onu da bildirib ki, gələcəkdə ATS ehtiyac olarsa 512 nömrəyə qədər artırıla bilər.
Qeyd edək ki, bu Qusarda istifadəyə verilmiş sayca 26-cı ATS-dir.
Emin Kərimov.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB