“Həmrəy olaq, bir olaq!” mövzusunda tədbir keçirilib

“Həmrəy olaq, bir olaq!” mövzusunda tədbir keçirilib

Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 2 nömrəli filialında Dünya Azərbaycanlıların Həmrəyliyi Gününə həsr edilmiş "Həmrəy olaq, bir olaq!" mövzusunda tədbir keçirilib.

Kitabxanadan bildiriblər ki, tədbirdə bu günün tarixi əhəmiyyətindən danışılmış, bayramın dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən qeyd edildiyi diqqətə çatdırılıb.

MKS-in əməkdaşlarının, mədəniyyət işçilərinin, müəllim və şagirdlərin iştirak etdikləri tədbirdə bir-birindən maraqlı musiqili nömrələr, şeirlər təqdim olunub. Kitabxananın fəal əməkdaşlarına və şagirdlərə təşəkkürnamə və hədiyyələr verilib.

Bayram şənliyi böyük maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə