Regionlarda uşaq hüquqları üzrə pilləli tədris layihəsinə yekun vurulub
Ombudsmanın təşəbbüsü ilə artıq üç tədris ilidir ki, həyata keçirilən Uşaq hüquqları üzrə pilləli tədris layihəsi uğurla həyata keçirilməkdədir. SİA-nın xəbərinə görə, layihənin icrasına ilk olaraq Bakıdakı üç məktəbdə başlanılıb, daha sonra paytaxtın on bir rayonunun hərəsindən bir məktəb seçilməklə Pilləli tədris davam etdirilib.
Cari tədris ilində respublikanın 8 rayonunda - Gəncə, Göygöl, Şəki, Qəbələ, Quba, Şabran, Cəlilabad və Biləsuvarda da həmin layihə həyata keçirilib. Bu günlərdə respublikanın Cənub bölgəsinə səfəri zamanı Müvəkkil Uşaq hüquqları üzrə pilləli tədris layihəsində iştirak etmiş Cəlilabad və Biləsuvar məktəblərində olub.
Müvəkkil səfər çərçivəsində Biləsuvar rayonundakı 4 saylı orta məktəbdə də adı çəkilən tədris proqramını uğurla başa vuran məktəbliləri, həmçinin fərqlənmiş müəllimləri sertifikatlarla təltif edib, burada da yaradılan "Uşaq hüquqlarının tədrisi mərkəzi"ini açıb.
Ombudsman rayon məktəblərində şagirdlər üçün yaradılan şəraitlə, elektron kitabxana, kompüter otaqları ilə tanış olmuş, tövsiyələrini verib.
Müvəkkil Cəlilabada olarkən rayon rəhbərliyi ilə birlikdə regional tibbi xidmət göstərən Müalicə Diaqnostika Mərkəzində də olmuş, tibb heyəti ilə və burada müalicə olunan xəstələrlə görüşüb. Mərkəzdə olarkən bildirilib ki, ətraf rayonlara tibbi xidmət göstərən bu müəssisə ölkə başçısının göstərişi əsasında yaradılıb, ən müasir tibbi avadanlıqla təchiz olunub və əhaliyə pulsuz səhiyyə xidmət göstərir. Burada müalicə olunan şəxslər tibb personalından razılıq ediblər.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB