Qan Donorları Assosiasiyası Gürcüstanda səfərdədir - FOTOSESSİYA

Qan Donorları Assosiasiyası Gürcüstanda səfərdədir - FOTOSESSİYA
Qan Donorları Assosiasiyası ictimai birliyinin sədri Fuad Əsgərov və birliyin tibbi işlər üzrə koordinatoru eyni zamanda Azərbaycan Tibb Universtetinin SIFE Komandasının kapitanı Sərxan Şükürov Gürcüstanda rəsmi səfərdədir. SİA-nın verdiyi məlumata görə, səfərin əsas məqsədi Gürcüstanın Marneuli Gənc Mərkəzi ilə gələcək fəaliyyət istiqamətlərinin formalaşdırılması və əməkdaşlıq memarandumunun imzalanmasından ibarətdir.

Eyni zamanda səfər çərçivəsində səhiyyə sahəsində fəaliyyət göstərən Qeyri Hökümət Təşkilatları ilə görüşlərdə keçirilib. Səfərin ilk günü qan xeyriyyəçiləri Tbilisi şəhərində fəaliyyət göstərən Qan Bankı MMC-də görüşüblər. Görüş əsasında Qan Bankı ilə yaxından tanışlıq olub və donorluğun inkişafında birgə fəaliyyət müzakirə olunub. Görüşdə iştirak edən Qan Bankı MMC-nin direktoru David Loliaşvili Gürcüstanda qan donorluğu proqramı haqqında geniş məlumat verib, assosiasiyanın fəaliyyəti, qanver.az saytı ilə yaxından tanış olub və gələcəkdə əməkdaşlığın önəmliliyini vurğulayıb. Günün ikinci yarısı Gürcüstanın Rustavi şəhərində yerləşən "Uşaqlar və Ətraf mühit" İctimai Birliyi ilə görüş keçirilib, görüşdə birliyin prezidenti Nana İaşvili də iştirak edib. Daha sonra hər iki tərəfin iştirakı ilə valideyn himayəsinə ehtiyac olan uşaqların hazırladığı musiqili əyləncəli proqrama keçirilib.

Qeyd edək ki, görüşlər Marneuli Gənclər Mərkəzinin idarə heyəti üzvlərinin iştirakı və təşkilatçılığı ilə aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə