Küveytdə Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunan tədbir keçiriləcək

Küveytdə Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunan tədbir keçiriləcək

Bugün Küveyt dövlətində fəaliyyət göstərən "VətənSevər" Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyəti və Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunan tədbir keçiriləcək. SİA-nın xəbərinə görə, Küveytdə yaşayan azərbaycanlıların, türklərin, yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutacaq tədbirdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarına müraciəti oxunacaq.

Azərbaycan Respublikasının Küveyt dövlətindəki səfiri Tural Rzayev, "VətənSevər" Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə çıxış edərək 31 dekabr – Dünya Azərbaycanlılarının həmrəylik gününün tarixi, bu günün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların azərbaycançılıq məfkurəsi ətrafında daha sıx birləşməsinə xidməti barədə məlumat verəcəklər. Tədbir zamanıhəmçinin "VətənSevər" Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin yeni yaradılan www.vetensever-kuwait.com saytının təqdimatı keçiriləcək.

Tədbirin rəsmi hissəsindən sonra 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni 2012-ci ilin gəlişi münasibətilə ziyafət veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə