İsveç mətbuatı Fransa Parlamentinin qərarını pisləyib

İsveç mətbuatı Fransa Parlamentinin qərarını pisləyib

İsveç Krallığının "Svenska Dagbladet" qəzetində Fransa parlamentinin aşağı palatası Milli Assambleyanın qondarma "erməni soyqırımı" iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanun qəbul etməsinin tənqidinə həsr olunmuş məqalə dərc olunub. SİA-nın xəbərinə görə, "Sarkozi həddini aşır" başlıqlı məqalədə bu qanunun qəbul edilməsi insan haqlarının kobud surətdə pozulması kimi dəyərləndirilib və qeyd edilib ki, bu qanun iki NATO ölkəsi arasındakı münasibətlərdə mənfi nəticələrə gətirib çıxara bilər.

Məqalədə 1915-ci il hadisələrinin"özləri üçün seçici qrupunu genişləndirməklə məşğul olan siyasətçilər tərəfindən deyil, tarixçilər və hüquqşünaslar tərəfindən" araşdırılmalı olduğu qeyd olunub. "O zaman ki, siyasətçilər sərhədləri keçir, həddi aşır və dövlətin gücündən öz məqsədləri üçün istiadə edirlər, onlar açıq cəmiyyətə zərbə vurur, həqiqətə çatmaq cəhdlərini bir addım geri atmış olurlar", - deyə məqalə müəllifi yazıb.

Məqalədə Fransa parlamentinin bu qərarının söz və ifadə azadlığını pozduğu bir daha vurğulanıb və qeyd edilib ki, kiməsə böhtan atmağa və ya başqa xalqları təhqir etməyə heç kəsin ixtiyarı yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə