2011-ci ilin iqtisadi və sosial hadisələri İLİN YEKUNU

2011-ci ilin iqtisadi və sosial hadisələri İLİN YEKUNU
Azərbaycan üçün 2011 digər illərə müqayisədə uğurlu hesab edilir. Çünki 2011 ci ildə dünyanın bir sıra ölkələrində xüsusən Avropa Birliyi dövlətləri eləcə də ABŞ böhranla üz üzə qaldı. Bu dövlətlərdə həm real sektorda, həm də səhm bazarında kifayət qədər böhran hiss edildi və ilin sonlarına doğru bu böhran hələ də qalmaqdadı. Lakin Azərbaycan iqtisadiyyatı 2011 ci ildə xarici böhranın təsirindən sığortalana bildi. Azərbaycanın indiki iqtisadi inkişaf tempinin dayanmadan irəliyə doğru hərəkət etməsi mexanizmini miqyasına görə unikal hesab etmək olar. Dövlət büdcəsinin, iqtisadi artım tempinin durmadan artdığı ölkələri barmaqla saymaq olar. Azərbaycanın nümunəsi belə bir dövrdə həm də ona görə nadirdi ki, ərazisinin beşdə bir hissəsi erməni işğalı altındadır və hər səkkiz nəfərdən biri məcburi köçkün və qaçqındır. Yola saldıgımız ildə 2006 -cı ilə kimi təqaüdə çıxan təqaüdçülərin pensiyaları ölkə Prezidentinin sərəncamı ilə yenidən hesablandı və nəticədə 40 faiz artmala yadda qaldı. Bu faiz isə 800 mindən artıq insanı əhatə edirdi. Bunula yanaşı 2011 ci ildə müxtəlif kateqoriyalar üzrə dövlət büccəsindən maliyyələşdirilən işçilərin əmək haqlarının artırılması ilə bağlı qərarın verilməsi isə əməkhaqqlarının 10 faiz artması ilə nəticələndi. 2011-ci ildə ünvanlı sosial yardımın məbləğində də artım müşahidə edildi. 2011 ci ildə sosial ipoteka sahəsində də irəliləyişlər müşahidə edildi. Belə ki, 2011 ci ildə sosial ipateka kreditlərinin verilməsi üçün ayrilan vəsaitin həcmi artırıldı. Adi ipateka kreditlərinin verilməsinə 80 milyon manatlıq vəsait ayrıldı ki, bu da ipateka kreditlərindən faydalalan ailələrin sosial durumlarının yaxşılaşdırılmasına gətirib çıxartdı. Bu ilin ən iqtisadi uğuru isə,dövlət buccəsinin ili kəsirsiz başa vurması oldu. Azərbaycan dövlət büccəsinin və Azərbaycan iqtisadiyyatının həcminin böyüməsi ölkəmizin regionda güclənməsinə səbəb oldu ki ümumilikdə Qafqaz iqtisadiyyatının 80 faizi Azərbaycanın payına düşür . Eləcə də Azərbaycan dövlət büdcəsinin gəlirləri Ermənistan və Gürcüstan dövət büccəsinin birgə gəlirlərindən 3 dəfə çoxdu. Bu rəqəmlər göstərir ki, 2011 ci il Azəbərbaycanın regionda kifayət qədər möhkəmlənməsinə kömək oldu. Razılaşaq ki, belə ağır şəraitdə olan ölkənin qısa zaman ərzində dünyanı heyrətləndirən iqtisadi artım tempi nümayiş etdirməsi asan məsələ deyil. Amma bütün sadalanan çətinliklərə baxmayaraq, Azərbaycan iqtisadi inkişafında nəinki regional, hətta dünya miqyasında lider ölkəyə çevrildi. Beynəlxalq iqtisadi münasibətlər baxımdan da 2011 ci ilin Ölkəmiz üçün önəmli yer tutdu. Oktyabr ayında Türkiyə ilə Azərbaycan arasında Qaz sazişinin imzalandı ki bu müqavilə hər iki dövlətlər arasında ticarət və İqtisadi əlaqələrin möhkəmlənməsinə baxımından xüsusi əhəmiyyət kəsb edir. İqtisadçı ekspert Vüqar Bayramlının fikirincə Azərbaycan üçün ilin ən uğurlu iqtisadi hadisəsi Azərbaycan Türkiyəyə 10 milyon mavi qazın verilməsi ilə bağlı anlaşmanın imzalanması oldu. Hazırda Azərbaycan Türkiyəyə 6.6 milyard kub metr mavi yanacaq verir. Yaxın illərdə isə bu həcimdə getdikcə arım müşahidə edəcək. Bu isə Azərbaycan üçün istər xarici iqtisadi əlaqələrində istərsədə qaz eksportu baxımından vacib məsələ idi". Bütün bunlarla yanaşı 2011 ci ildə ölkədə ənənəvi problemlərində bəziləri olduğu kimi qaldı. Itkilər baxımından qiymətləndirilsə 2011 ci ildə həm dövlət büccəsinin gəlirlərinin həm də ümumdaxili məhsulun neft sektorunun payının həll edici olmadı. Belə ki, 2011 ölkə iqtisadiyyatının sürətlə inkişaf etdiyi bir zamanda qeyri neft sekrounun inkişafının zəif getməsi bir ilin itirilməsi deməkdir. Halbuki, 2011 ci il turizim ili elan edilmişdi və bundan istifadə edilərək turizim sektorunun inkişafi qeyri neft sektorunun inkişafı baxımından proritet hesab edilə bilərdi. Maliyə nazirliyinin məlumatlarına görə, dövlət gəlirlərinin 73, 4 faizi neft sektorunun payına düşür, eyni zamanda müstəqil qiymətləndirməyə görə neft sektorunun dövlət büdcəsinin də payı 82 faizdən artıqdır. Bu isə o deməkdir ki, neft sektoru dövlət bücəsinin həlledici sektoru olmaqda qalır. 2011 ci ildə yaranan digər bir problem ölkə başçısının süni qiymət artımının qarşısının alınması ilə bağlı dəfələrlə tapşırığına baxmayaraq bir sıra sektorlarda manapoliyanın və inhisarın qalması oldu. Bu da bazarlarda bir sıra süni qiymət artımına gətirib çıxartdı. Belə ki, bir sıra kənd təsərüfatı mallarının qiymətində 1- 2 manat artım müşahidə edildi. Bu isə ət və ət məhsullarında özünü daha qabarıq şəkildə göstərdi. Ilin əvvəlində 1 kq mal ətinin qiyməti 6-7 manat idisə ilin sonunda 9-10 manata qədər yüksəldi. İqtisadi inkişaf nazirliyi isə yaranan qiymət artımını regionlarda kənd təsərüfatı məhsulları olan yem və otun qiymətinin əvvəlki illərə nisbətən artması ilə izzah edir. 2011 ci ildə ictimai nəqliyyatda qiymət artımını isə mütəxəsislər iqtisadi baxımdan qiymətləndirilməmiş bir addım hesab edir. Bakı metropolitenində ilin əvvəlində və sonunda baş verən qiymət artımı bütün diqqəti məhs bu istiqamətə çəkə bildi. Vüqar Bayramlının sözlərinə görə, ölkə büccəsinin artdığı bir zamanda bu tip qiymət artımının baş verməsi əhalinin aztəminatlı hissəsinin büdcəsinə ciddi ziyan vurur. Çünki içtimai nəqliyyatdan daha çox tələbələr, müəllimlər və işsiz insanlar istifadə edir. İqtisadçı ekspert deyir ki, dünya təcrübəsinə əsaslansaq bütün inkişaf etməkdə olan dövlətlərdə hökümət metropolitenə xüsusi subsidiyalar verir. Bu zaman gedişhaqlarını da məhs bu vasitələrlə tənzimləmək mümkündü. Sosioloqlar da baş verən qiy mət artımını bir mənalı qarşılamırlar. Sosioloq Əbülfəz Süleymanlı deyir ki, son zamanlar baş verən intiharlar və qətillər məhs ailələrin maddi durumunun aşağı səviyyədə olmasından yaranır.

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi də 2011 ci il ücün proritet məsələlərdən birinə çevrildi. Ilin əvvəlində Prezidentin xüsusi göstərişi ilə korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirilidi.Lakin mübarizə tam nəticəsini vermədi. Prezident İlham Əliyev ilin yekularına dair keçirdiyi Nazirlər Kabinetinin iclasında məsələ ilə baglı ciddi tapşırılarını verdi. Elə həmin iclasdan dərhal sonra bir sıra sahələrdə xüsusilə təhsil səhiyyə müəssələrində rüşvət faktları ortaya çıxdı. Bu amillər bir sıra rayonların hərbi komisarrlığlarından da yan keçmədi. Kimlərsə cinayət məsuliyyətinə cəlb edildi,kimlərsədə cəzalandırıldı. Beləliklə, 2011-ci il Azərbaycanın həm iqtisadi, həm də sosial sferasında kifayət qədər yadda qalan il hesab edilə bilər.Ölkənin umumi inkişaf istiqaməti isə Azərbaycanın dövlət kimi gələcəyinə müsbət təsir göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə