Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman, axşama doğru isə havanın tutulacağı gözlənilir. Arabir güclənən cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3-6 dərəcə isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycanın rayonlarında dekabrın 31-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı, Lənkəran-Astara bölgəsində isə yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti təşkil edəcək.Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 11-16 dərəcə şaxta olacağı gözlənilir. Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlayıb. Yaxın 2 gündə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB