Şirvanda Həmrəylik günü münasibətilə 14-cü nümunəvi məhəllənin açılışı olub - FOTO

Şirvanda Həmrəylik günü münasibətilə 14-cü nümunəvi məhəllənin açılışı olub - FOTO

Şirvan çəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl münasibətilə 14-cü Nümunəvi məhəllənin açılışı olub. SİA-nın Aran bürosunun məlumatına görə, 4 yaşayış binasının əhatəsində yerləşən ərazi əvvəllər bərbad vəziyyətdə olub.

Şəhərdə aparılan quruculuq işlərinin davamı olaraq həmin ünvanda qısa müddətdə 2500 kvadratmetr ərazidə yenidən quruculuq işləri görülərək yerinə 1700 kvadratmetr tamet metlax, 1600 kvadratmetr paqometr manalit beton bardür, 310 kvadratmetr dekarativ bardur vurulub. Eyni zamanda uşaqlar üçün 4 komplekt əyləncə mərkəzi, əhalinin istirahəti məqsədilə 12 oturacaq, ahıllar üçün 2 komplekt dairəvi istirahət stolları, 3 ədəd günlük quraşdırılıb. Əraziyə gələn yollara 4500 kvadratmetr asfalt örtük döşənib və 250 ədəd zeytun ağaclar əkilib.

Bundan əlavə xeyir-şər evi də tikilərək istifadəyə verilib. Açılış mərəsiminə Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov və idarə-müəssisə rəhbərləri qatılıb.

Şəhər rəhbəri ilk öncə çıxış edərək sakinləri həm Nümunəvi Məhəllənin açılışı həm də qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edərək ən xoş arzularını çatdırıb. İcra başçısı sakinlərin diqqətinə çatdıraraq bildirib ki, görülən işlər Prezident İlham Əliyevin tapşırıqları əsasında və qəbul olunan dövlət proqramı çərçivəsində həyata keçirilir.

Yaradılan şərait insanların rahatlığını təmin etmək məqsədi daşıyır deyən M.Camalov sakinlərində fikirlərini dinləyib. Vətəndaşlar öz növbələrində görülən işlərə görə, ölkə başçısı İlham Əliyevə və şəhər rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Onlara yaradılan şəraiti qoruyub saxlayacaqlarına söz veriblər.


İqbal Mikayılov


Bütün xəbərlər Facebook səhifəmizdə