31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Tərtərdə bayram tədbiri təşkil olunub. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, bayram tədbirində rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vidadi Bəylərov sakinləri təbrik edib. O, vətəndaşlara 2012-ci il ölkənin çiçəklənməsi yolunda uğurlar arzulayıb.
Tədbirin bədii hissəsində milli musiqilər səsləndirilib, maraqlı səhnələr nümayiş etdirilib. Şaxta baba uşaqlara yeni il hədiyyəsi paylayıb.
Digər bir analoji tədbir isə Bərdə rayonunda təşkil olunub. Bərdədə təşkil olunan tədbirdə şəhər icra hakimiyyətinin başçısı Vidadi İsayev sakinləri bayramlar münasibəti ilə təbrik edib və yeni ildə uğurlar arzulayıb. Tədbirdə qeyd olunub ki, 2011-ci il bərdəlilər üçün uğurlu olub.
Rayonda geniş quruculuq və abadlıq işləri aparılıb. Rayonun Qəhramanlar parkında təşkil edilən bayram konsertində Şaxta baba balacalara Yeni il hədiyyəsi paylayıb. Tədbir geniş konsert proqramı davam etdirilib.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB