Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Tərtərdə bayram tədbiri təşkil olunub
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Tərtərdə bayram tədbiri təşkil olunub. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, təşkil olunan bayram tədbirində rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vidadi Bəylərov sakinləri təbrik edib. Onlara 2012 -ci ildə ölkəmizin çiçəklənməsi yolunda uğurlar arzulayıb. Tədbirdə həmçinin qeyd olunub ki, 2011-ci il bərdəlilər üçün uğurlu olub. Belə ki, rayonda geniş quruculuq və abadlıq işləri aparılıb. Rayonun Qəhramanlar parkında təşkil edilən bayram konsertində maraqlı səhnələr nümayiş etdirilib. Yeni ilin simvolu Şaxta baba balacalara yeni il hədiyyəsi paylayıb.
Tədbir geniş konsert proqramı ilə davam etdirilib.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB