Ombudsmanın İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmi (MPM) qrupunun üzvləri olan Cəlilabad Regional Mərkəzinin əməkdaşları Cəlilabad, Biləsuvar və Masallı rayonları polis şöbələrinin (RPŞ) müvəqqəti saxlama təcridxanalarına başçəkmələr həyata keçiriblər. SİA-nın xəbərinə görə, qrupun üzvləri başçəkmələr zamanı bu müəssisələrdəki saxlanma şəraitini araşdırıb, həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olub, hər hansı bir pozuntu aşkar edilməyib. MST-lərdə saxlanılan şəxslərlə söhbət aparılıb, onlara hüquqları izah olunub.
Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB