Ombudsmanın bayram təbrikləri yetkinlik yaşına çatmayan məhkumlara çatdırılıb
Bu xeyirxah missiyaya uyğun olaraq, Müvəkkilin tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Yeganə Cəfərova və Lalə Əzimova Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsinə gedib. SİA-nın xəbərinə görə, onlar məhkumlarla görüşüb, müvəkkilin bayram təbriklərini və xoş arzularını onlara çatdırıblar.
Müvəkkilin nümayəndələri ölkədə uşaq hüquqlarının müdafiəsinə və təbliğinə yönəlmiş mühüm tədbirlərin həyata keçirildiyini, bu sahədə Ombudsman təsisatının da səmərəli fəaliyyət göstərdiyini söyləyiblər. Gətirilən bayram sovqatı burada cəza çəkən 29 məhkuma paylanıb. Müvəkkil bir qədər əvvəl isə tərbiyə müəssisəsinə xalça, lazımi avadanlıq, buradakı məktəbə kompüterlər, kitabxana üçün ədəbiyyat bağışlayıb.
Ombudsman Aparatının əməkdaşları müəssisəyə baxış keçirib, azyaşlı məhkumların saxlanma şəraiti, qidalanması, sağlamlığı, problemləri ilə, onlara qarşı rəftarla maraqlanıb, həmçinin təhsil aldıqları məktəbin sinif otaqlarına baxıb, onların təhsil vəziyyətini öyrənib, hüquqlarını izah ediblər. Məhkumlar və cəzaçəkmə müəssisəsinin rəhbərliyi göstərdiyi qayğı və diqqətə görə Müvəkkilə minnətdarlıqlarını bildiriblər.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB