Bərdədə bayramqabağı hər kəs bankomatlara üz tutur ki, bu da saatlarla növbənin yaranmağına səbəb olur. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, əhalinin sıxlığı və bankomatların azlığı narazılığa səbəb olur. Rayon sakinləri bildiriblər ki, bankomatlarda gah pul olmur, gah da bankomatlar işləmir. Pul olanda da az miqdarda olduğundan bir neçə nəfər pul çıxartdıqdan sonra digərlərinə pul çatmır. Sakinlər səhər saatlarından gələrək gecə yarısına qədər gözləməli olur. Həftələrlə növbə gözləyən vətəndaşlar da var. Hətta elə sakinlər var ki, gecə səhərə qədər bankomat qarşısında pul gözləyir.Əhalinin əsas şikayəti isə kəndlərdə bankomatların quraşdırılmamasıdır.
Kapital Bankın Bərdə rayon filialından isə bildiriblər ki, son zamanlar əhalinin bankomatdan pul almalarında əvvəlki illərdəki kimi böyük növbələr yaranmır. Hal-hazırda rayon ərazisində səkkiz bankomat fəaliyyət göstərir ki onlardan üçü müxtəlif kəndlərdə yerləşir.
Əlavə olaraq Bərdənin daha bir kəndində bu yaxınlarda yeni bankomat istifadəyə verilməsi planlaşdırılır ki, bundan da 18000-ə yaxın sakin yararlana biləcək.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB