Sevil Yusifova: \"Bu il Azərbaycan jurnalistikası üçün önəmli və tarixə çevrilən hadisələrlə yadda qalıb\"
Bu il Azərbaycan jurnalistikası üçün önəmli və tarixə çevrilən hadisələrlə yadda qalıb. SİA-nın xəbərinə görə, bunu Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova bildirib ki, cari il türkdilli ölkələrin media platforması qəbul edilib. Azərbaycanda ikinci türkdilli ölkələrin və toplumların forumunun təşkil olunduğunu deyən S.Yusifovanın sözlərinə görə, bu forum da bir daha bəyan edib ki, internet saytları, informasiya agentlikləri və özünün təsiretmə gücü olan qurumlar mexanizimləri işləyib hazırlayacaq ortaq layihələr hazırlamalıdır: "Mən 2012-ci ildə bunun daha da reallaşmasına bir zəmin yaranacağına inanıram. Bunu böyük bir tarixi hadisə hesab edirəm. Bundan əlavə, il ərzində jurnalist qadınlar üçün bir çox treninqlər keçirildi. Onu da qeyd edim ki, son dövrlərdə toplumda, ictimai və sosial həyatda jurnalist qadınların çox böyük fəallığını gördüm. Artıq vətəndaş cəmiyyətində jurnalist qadınlar öz sözünü deməyə başlayıblar".
S.Yusifova qeyd edib ki, 2011-ci il xatirələrdə böyük izlər buraxmaqla yanaşı 2012-ci il üçün böyük bir məsuliyyət qoyub. "Bir çox layihələr var ki, bunları həyata keçirməliyik. Çünki gələn qonaqlara Azərbaycanı tanıtmaqda jurnalistlərin rolu böyükdür. Biz \"Eurovision\" üçün gələn qonaqlara Azərbaycanın tarixini, istər mədəniyyətini, adət-ənənəsini, istər milli kimliyimizi, istərsə də Qarabağ dərdimizi elə bir formada çatdrmalıyıq ki, gələn qonaqlarda bununla bizi həm tanısın, həm də öz ölkələrində bir növ tanıtsınlar", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB