“Koroğlu” stansiyası nə vaxt açıqlacaq?

“Koroğlu” stansiyası nə vaxt açıqlacaq?

Metronun "Məşədi Əzizbəyov" stansiyası istismara hazırdır. SİA-nın məlumata görə, artıq stansiyada aparılan təmir işləri tam yekunlaşıb. Tamamilə yeniləşən stansiya təmirdən sonra "Koroğlu" adı ilə istismara veriləcək.


Aparılan yenidənqurma işlərindən sonra stansiyanın tamamilə dəyişdirilib və şüşəli vestibül quraşdırılıb. Stansiya hazırda piramida şəklindədir.


Aeroporta gedən tras yolda tıxacların qarşısını almaq üçün isə stansiyanın yaxınlığındakı avtobus dayanacağı sökülüb. Stansiyanın daxilində də yenidənqurma işləri aparılıb. Belə ki, keçidin yeri dəyişdirilib, daxili interyer yenilənib, həmçinin yeni giriş və çıxışlar tikilib. Stansiyasının qarşısında yeni park salınıb.


Bakı Metropolitenindən verilən məlumatda bildirildi ki, stansiya nəzərdə tutulan vaxtda tam hazır vəziyyətə gətirilib: "Ancaq onun dəqiq nə vaxt açılacağını deyə bilmərik".


Nəzərə alsaq ki, stansiyanın bu ay açılacağı vəd olunmuşdu, bunun 2011-ci ilin son günü baş verəcəyi istisna olunmur.

Bütün xəbərlər Facebook səhifəmizdə