Nuşirəvan Məhərrəmli: \"Teleradio kanallarında bədii şuraların yaradılmasını tələb etməliyik\"

Nuşirəvan Məhərrəmli: \"Teleradio kanallarında bədii şuraların yaradılmasını tələb etməliyik\"
"Efirə çıxarmağa layiq olmayanların efirə buraxılması halları çoxdur. Qeyri-demokratik qərar olsa da teleradio kanallarında bədii şuraların yaradılmasını tələb etməliyik". SİA-nın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli 2011-ci ilin yekunlarına həsr olunmuş iclasda bildirib. MTRŞ sədri qeyd edib ki, gələcəkdə telekanalların musiqi redaksiyaları ilə bağlı da qərar veriləcək və musiqi redaksiyalarındakı keyfiyyətsizlik aradan qalxacaq. Efir məkanında izdivac verlişlərinin milli-mənəvi dəyərlərin korlanmasına şərait yaratdığını deyən şura sədri gələcəkdə bu istiqamətdə də konkret addımlar atılacağını deyir: "Azərbaycan telekanallarındakı izdivac verilişləri Milli Televiziya və Radio Şurasını çox narahat edir. Belə davam edərsə, şura bu verilişləri dayandırmaq məcburiyyətində qalacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə