Bakı Metropoliteni sabah gücləndirilmiş iş rejimində çalışacaq. Metropolitenin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bayramla əlaqədar olaraq ayın 31-də metropoliten gecə 1 və ya 2-yə qədər işləyəcək: "Bayram günlərində metrodan istifadə edən sərnişinlərin sayı daha da artır. Paytaxtda keçiriləcək tədbirlər planına uyğun olaraq Bakı Metropoliteni sərnişin daşımalarını təmin etməyə hazırdır. Ehtiyac yaranarsa, xəttə depodan \"qaynar ehtiyat\" qatarlarının buraxılması nəzərdə tutulur".
Xatırladaq ki, adi iş günlərində Bakı Metropoliteni saat 06:00-dan 00:00-a qədər işləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB