Mehriban Əliyevaya həsr olunan “Elin mehriban qızı” kompozisiyasının təqdimatı keçirildi
Bu gün "Mərhəmət-Elçisi" jurnalının "Milli-mənəvi tərəqqiyə dəstək" layihəsi çərçivəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın genişmiqyaslı humanitar fəaliyyətinə həsr olunan elmi-nəzəri konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda eyni zamanda Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunan "Elin mehriban qızı" musiqili kompozisiyasından ibarət DVD diskinin təqdimetməsi də reallaşıb. İclasda bir sıra ziyalılar, tanınmış sənət adamları çıxış edərək Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi humanistliyindən danışıb, onun bu addımını xarici ölkələrin də yüksək qiymətləndirdiyini qeyd edib. Tədbirdə çıxış edən xalq artisti Zamiq Əliyev kompozisiyanın ərsəyə gəlməsi haqqında danışaraq qonaqları ətraflı məlumatlandırıb. O qeyd edib ki, musiqili kompozisiyanın sözləri əməkdar incəsənət xadimi Kəmalə Ağayevaya və Tağı Sadiqə, musiqisi isə Zamiq Əliyevin özünə məxsusdur. Kompozisiyanı muğam müsabiqəsinin 8 qalibi ifa edib. Tədbirin sonunda kompozisiyanın müəlliflərinə və ifaçılara "Mərhəmət-Elçisi" jurnalının diplomları təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB