Səlim Müslümov əmək haqlarının leqallaşdırılması və qeydiyyatdankənar çalışanların qeydiyyata alınması haqda danışdı

Səlim Müslümov əmək haqlarının leqallaşdırılması və qeydiyyatdankənar çalışanların qeydiyyata alınması haqda danışdı

Bu gün həm əmək haqlarının leqallaşdırılması, həm də qeydiyyatdankənar çalışanların qeydiyyata alınması məsələsi problem olaraq qalır. SİA-nın xəbərinə görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib. O bildirib ki, əmək haqlarının leqallaşdırılması problemi özəl sektorda son dərəcə mühüm yer tutur. Onun sözlərinə görə, hazırda ölkədə gəlirlərin əsas hissəsini məcburi dövlət sosial sığorta haqları təşkil edir.

"Burada ilk növbədə tarifin sabit qaldığı şəraitdə bu məbləğin artması iki elementə bağlıdır. Əmək haqlarının özünün artması və qeydiyyata düşmüş ödəyicilərin sayının artması ilə əlaqədardır. Hazırda fərdi uçot sistemində 1 milyon 966 min 607 nəfər sosial sığorta ödəciyicisi qeydə alınıb. Bundan 1 milyon 370 min nəfərə yaxını muzdla işləyən, 600 min nəfərə yaxını isə özünə məhsul əhali kimi qeydiyyata düşmüş şəxslərdir. Ölkədə 4 milyon 370 min nəfərə yaxın məşğul əhali var. Bunun 1 milyon 966607 nəfəri uçotdadır. Bunun da ən mühüm səbələrindən biri kənd əhalisinin uçota alınması məsələsidir. Hazırda kənd təsəırrüfatı ilə məşğul olanların sayı 1 milyon 700 min nəfərə yaxındır. Onların isə qeydiyyata alınması son dərəcə vacib məsələlərdən biridir. Amma bizim kənd təsərrüfatı üçün sosial sığorta xərcləri son dərəcə aşağıdır. Kənd təsəsrüfatında çalışanın 7 nəfəri, sənayedə çalışanın 1 nəfəri qədər sosial sığorta haqqı ödəyir. Qalan uçotdan yayınma halları pərkəndə ticarətdə, şadlıq evləri və restoranda, tikinti sahəsi, özəl nəqliyyatdadır. Müvafiq orqanlar olaraq bu insanların qeydiyyata alınması istiqamətində işlər aparırıq. Bu gün fondun birbaşa bu məsələyə daxil olması hüququ yoxdur. Amma müvafiq orqanlar bunu təqdim edirlər və cari il ərzində 123 min nəfərdən çox şəxsin qeydiyyata alınması təmin olunub. 2012-ci ildə 2013-cü ildən başlayaraq sığorta pensiya sistemində məcburi yığım kompenetinin tətbiqini təmin etməyə çalışacağıq", - deyə fondun sədri qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə