Bayram günlərində məcburi köçkünlər sevindirildi

Bayram günlərində məcburi köçkünlər sevindirildi

Bərdədə müvəqqəti məskunlaşan bir qrup köçkün ailəsinə ərzaq yardımı edilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Respublika Prokurorluğu tərəfindən göndərilən yardım 700 ailədən 3 minə yaxın köçkünə verilib.

20 ildir ki, köçkünçülük həyatı yaşayan müvəqqəti məskunlaşmış sakinlər tezlikə vətənə qayıdacağı günü səbirsizliklə gözləyir.

Məcburi köçkünlər ümid edir ki, növbəti belə bayramları doğma yurd-yuvalarında qeyd edəcəklər.

İlin bütün bayramlarında unudulmadıqlarını deyən məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildiriblər.

Qeyd edək ki, köçkünlərə yardım olaraq yağ ,çay, düyü, şəkər tozu və digər ərzaq məhsulları verilib.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə