Səlim Müslümov: \"2011-ci il əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından ən önəmli illərdən biri olub\" - MÜNASİBƏT
2011-ci il əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından ən önəmli illərdən biri olub. SİA-nın xəbərinə görə, bunu Dövlət Sossial Müdafiə Fondunun sədri Səlim Müslümov Yeni Azərbyacan Partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, iyulun 1-dən əvvəlki sistemlə təyin olunmuş pensiyaların yenidən hesablanması nəticəsində 900 min nəfərə yaxın şəxsin pensiyası orta hesabla 40 faiz artırılb. Onun sözlərinə görə, bununla da bütün pensiyaçılatın 97,4 faizi yoxsullkuq səviyyəsində yuxarı olan pensiya almağa başlayıb.
"Bundan əlavə, müvafiq şəxslərin pensiyalarına elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsinə görə 120 manat məbləğində əlavələr hesablanıb. Artımlar təxminın 5960 nəfər pensiyaçıya şamil edilib. Onlardan 1460-ı elmlər doktoru, 4500-ə yaxını isə elmlər namizdədidir. Görülən bütün tədbirlər nəticəsində əmçək pensiyalarının orta aylıq məbləği 2011-ci ilin əvvəlinə nisbətən 28,4% artaraq 145 manat, o cümlədən yaşa görə pensiyalar üzrə 160 manatı ötüb. Növbəti ildə sığorta-pensiya sistemində gözlənilən və büdcənin tərtibi zamanı nəzərə alınmış əsas dəyişikliklər 2012-ci ilin 1 yanvarından qadınların pensiya yaşının 58,5, kişilərinkinin isə 63 yaş müəyyənləşdirilməsi, eləcə də cari ilin 1 iyulundan qüvvəyə minmiş 900 min nəfərə qədər əmək pensiyaçısının pensiyalarının yenidən hesablanaraq artırılması prinsipinin bütün ili, yəni 12 ayı əhatə etməsidir. 2011-ci il ərzində 1 milyona yaxın pensiyaçının işi araşdırılıb, 900 min nəfərin pensiyaların artımı ilə bağlı hesablamalar aparılıb", - deyə Fondun sədri əlavə edib.
S.Müslümov qeyd edib ki, cari il ərzində digər mühüm işlər sosial sığorta ödəyiciləri olan hüquqi və fiziki şəxslərdən illik hesabatlarının elektron qıbuluna başlanması idi: "Biz təkcə hesabatların elektron qəbulu ilə işləri yekunlaşdıra bilməzdik, bunun arxasında daxil olmuş hesabatlarla onun III elemeti olan fərdi uçot hesabatlarının məlumatlarına uyğunlaşdırılmalı idi. Bunula bağlı proqram hazırlandı və həayta kçeirildi ki, bu da fondun həyatında mühüm bir hadisə idi".Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB