YAP Gənclər Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il bayramı münasibəti ilə tədbir keçirib

YAP Gənclər Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il bayramı münasibəti ilə tədbir keçirib

Bakının Nərimanov rayonunda YAP Gənclər Birliyinin təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il bayramı münasibəti ilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP-ın icra katibi, millət vəkili Əli Əhmədov, Milli Məclisin vitse-spikeri Bahar Muradova, millət vəkili Siyavuş Novruzov iştirak edib.


Qonaqları salamlayan YAP-ın Gənclər Birliyinin sədri Seymur Orucov öncə tədbir iştirakçılarının simasında bütün Azərbaycan xalqın bayram münasibəti ilə təbrik edib.


S. Orucov bildirib ki, Azərbaycan gəncləri öz əməlləri ilə, gördükləri işlərlə daima həmrəylik nümayiş etdirib: "2011-ci il Azərbaycan gəncləri üçün çox uğurlu olub. Bu il Azərbaycanın tarixində əhəmiyyətli hadisələrlə yadda qalacaq. Belə ki, bu il ölkəmiz BMT Təhlükəsizlik Şurasına qeyri daimi üzv seçilib. Azərbaycanın "Eurovision-2011" beynəlxalq mahnı müsabiqəsində qalibiyyəti isə çox önəmli və gənclərimizin böyük qələbəsi kimi tarixə yazıldı. İnanırıq ki, qarşıdan gələn 2012-ci ildə bu uğurlar sırasına yeniləri əlavə olunacaq.


\"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə\" qəbul olunan Dövlət Proqramı isə ölkədə aparılan uğurlu gənclər siyasətinin məntiqi davamı və Azərbaycan gəncliyi üçün böyük töhfədir. Bu onun göstəricisidir ki, Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Gənclərimiz ölkə başçısı İlham Əliyevin siyasi xəttini müdafiə etməklə, dolayısı ilə ölkədə gedən islahatlara dəstək nümayiş etdirir. Biz inanırıq ki, Azərbaycan gəncləri indən sonra da ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirak edəcək və ölkəmizin daha da inkişafı üçün bütün güclərini ortaya qoyacaqlar. Qarşıdan gələn yeni ildə gənclərimizə uğurlar, yüksək nəaliyyətlər, xoşbəxtlik arzulayırıq\".


Tədbir incəsənət ustalarının iştirakı ilə təşkil edilmiş bayram konserti ilə davam etdirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə