“Bayraq aksiyası” keçiriləcək

“Bayraq aksiyası” keçiriləcək

Gənclərin Elmi-Mədəni İnkişafı İctimai Birliyi (GEMİB) Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə "Bayraq aksiyası" keçirəcək. GEMIB-dən SİA-ya verilən məlumata görə, aksiya 31 dekabrda Bakının mərkəzi küçələrində baş tutacaq və aksiya saat 15:00-da Xəqani ticarət mərkəzinin önündə başa çatacaq.

Həmin gün İctimai Birliyin fəal üzvləri paytaxt sakinlərinə bayraq hədiyyə edəcəklər. Aksiya 2005-ci ildən bu günə kimi birliyin üzvləri tərəfindən ənənəvi olaraq həyata keçirilir.

Qeyd edək ki, Gənclərin Elmi-Mədəni İnkişafı İctimai Birliyi 2007-ci ildə bir qrup gəncin təşəbbüsü əsasında yaranıb. Təşkilat fəaliyyət göstərdiyi andan gənclərin elmi-mədəni inkişafı, intellektual səviyyəsinin inkişafı üçün bir çox proqramlar, tədbirlər keçirib. Birliyin 825-ə yaxın üzvü və 20-yə yaxın könüllüsü var. Bundan başqa, təşkilatın Şəki şəhərində regional nümayəndəliyi fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə