Hava yağışlı olacaq

Bakıda və Abşeron yarımadasında dekabrın 30-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gündüz bəzi yerlərdə az yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3-5, gündüz 7-12 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, rayonlarda əsasən yağmursuz hava şəraiti, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli hava şəraiti, Lənkəran-Astara bölgəsində isə yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 12-17 dərəcə şaxta olacağı gözlənilir. Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji proqnozu da açıqlayıb. Dekabrın 30-31-də Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Qış mövsümündə mülayim keçən havalar meteohəssas insanlar üçün nisbətən əlverişlidir.


Bütün xəbərlər Facebook səhifəmizdə