Vüqar Səfərli: “2013-cü ilin sentyabr ayına qədər jurnalistlər üçün tikilən evlər tam hazır olacaq” - AÇIQLAMA
\"2013-cü ilin sentyabr ayına qədər jurnalistlər üçün tikilən evlər tam hazır olacaq. Binanın təməli qoyulub və tikintisinə artıq start verilib\". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli bildirib.
"Binanın altında avtomobillərin dayanması üçün dayanacalar artıq hazırdır. Bütün sənədləşmələr qurtarıb və işlər davam etdirilir. Bizim podratçı təşkilatla bağladığımız müqaviləyə əsasən 2013-cü ilin sentyabr ayına qədər həmin evlərin jurnalistlərə təqdim olunması mərasimi keçiriləcək", –deyə icraçı direktor bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB