Azərbaycan prezidenti İlham Əliyev dekabrın 29-da Buzovna qovşağı tunel və yol ötürücüsünün açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 29-da Buzovna qovşağı tunel və yol ötürücüsünün açılışında iştirak edib
Azərbaycan prezidenti İlham Əliyev dekabrın 29-da Buzovna qovşağı tunel və yol ötürücüsünün açılışında iştirak edib. SİA-nın məlumatına görə, Nəqliyyat Nazirliyinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə inşa olunan, Buzovna, Maştağa, Bilgəh qəsəbələrinə və Bakı şəhərinə rahat çıxışı təmin edən Buzovna qovşağında tikinti işlərini "Azvirt" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən həyata keçirib.Nəqliyyat naziri Ziya Məmmədov Buzovna qovşağının texniki göstəriciləri barədə dövlət başçısına məlumat verib ki, tunelin ümumi uzunluğu 365, eni 17, qapalı hissənin uzunluğu isə 41 metrdir. Yol ötürücüsünün və tunelin tikintisində yüksək keyfiyyətli inşaat materiallarından istifadə olunub. Yol ötürücüsü 9 bal gücündə zəlzələyə davamlılığa hesablanıb. İki zolaqdan ibarət yol ötürücüsünün eni 5 metrdir. Sakinlərin təhlükəsizliyi üçün burada piyada keçidi də inşa olunub. Keçiddə və tuneldə yağış sularının axıdılması üçün drenaj xətləri çəkilib və nasoslar quraşdırılıb.Görülən işlərlə yaxından tanış olan prezident müvafiq tapşırıqlarını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə