Elçin Mirzəbəyli: “2011-ci il Azərbaycan üçün bütövlükdə bir sıra əlamətdar hadisələrlə yadda qalıb”
2011-ci il Azərbaycan üçün bütövlükdə bir sıra əlamətdar hadisələrlə yadda qalıb. "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli 2011-ci ilin yekunlaırnı şərh edərkən bildirib ki, cari ilin ən mühüm hadisəsi Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinin qeyd olunmasıdır. Onun sözlərinə görə, bu, bütövlükdə Azərbaycan xalqı və mediası üçün önəmli bir tarixdir: "Eyni zamanda, istər media, istərsə də hər bir Azərbaycan vətəndaşı üçün ən önəmli hadisə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsidir. Mədəni hadisə kimi Azərbaycanın "Avroviziya" müsabiqəsində qalib gəlməsi mühüm hadisə idi. Eyni zamanda, yaxşı hal bu qələbənin 2012-ci ildə Azərbaycanı bu müsabiqəyə ev sahibliyi etməsinə imkan yaratmasıdır. Daha bir önəmli hadisə Azərbaycanla və Türkiyə arasında imzalanan qaz sazişləridir. İmzalanan bu sazişlər böyük önəm daşıyır və imkan yaradır ki, cənub dəhlizi lahiyəsi perspektiv lahiyə kimi qalmasın, əksinə həyata keçirilsin. Burada media üçün də bir sıra əlamətdar hadisələr olduğunu qeyd etmək olar".
Mətbuat sahəsi üzrə baş verənlərinə gəlincə, baş redaktor qeyd eidb ki, burada bir sıra mətbuat orqanlarının yubileylərini qeyd etmək istərdim.
""Səs" qəzetinin 20 illiyini, "İki sahil" qəzetinin, "Şərq" qəzetinin, "Kaspi" qəzetinin, "Xalq cəbhəsinin" yubileyləri ilə zəngin bir tarix olub. Bu il bir sıra istiqamətdə innovativ yeniliklər tətbiq etməyə çalışıb. Daha çox yeni informasiyalar, texnologiyaların tətbiqi istiqamətində ayrı-ayrı mətbuat orqanları yeni internet səhifələrini təqdim ediblər. Mən düşünürəm ki, növbəti il üçün də Azərbaycan mediasının inkişafı istiqamətində stimul yaradacaq faktorlar var. Xalqımızın, millətimizin, mediaməzın birliyi, bütövlüyü Azərbaycanı daha böyük uğurlara və qələbələrə aparacaq", - deyə o əlavə edib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB