Azərbaycanla ABŞ arasında Protokol imzalanıb

Azərbaycanla ABŞ arasında Protokol imzalanıb

Xarici İşlər Nazirinin müavini Xələf Xələfov ABŞ-ın Azərbaycan Respublikasındakı Səfiri Mətyu Brayza ilə görüş keçirib. XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı tərəflər arasında "Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında Saziş"-ə dəyişikliklər edilməsi barədə Protokol imzalanıb.

Nazir müavini Xələf Xələfov ABŞ diplomatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə