Sevil Yusifova: \"Fransa Senatında sənədin qəbulu təkcə türklərə yönəlik deyil, ümumiyyətlə demokratiyaya ən böyük zərbədir\" - MÖVQE

Sevil Yusifova: \"Fransa Senatında sənədin qəbulu təkcə türklərə yönəlik deyil, ümumiyyətlə demokratiyaya ən böyük zərbədir\" - MÖVQE

Fransa Senatının "erməni soyqırımı"nın işlədilməsinə görə bir il həbs cəzası və ya 1000 avro cərimə edilməsi haqqında sənədin qəbul edilməsi, bütün Azərbaycanı və dünyada demokratik düşüncəli insanların narazlığı, etirazı ilə qarşılanır. Azərbaycan Jurnalist Qadınları Assosiasiyasının sədri Sevil Yusifova SİA-ya açıqlamasında bildirib ki, belə bir sənədin qəbul edilməsində jurnalist qadınlar olaraq səssiz dura bilməzdik. Onun sözlərinə görə, əgər hansı bir fikrə görə insanı həbs cəzası gözləyirsə, bu artıq demokratiyaya zidd bir məsələdir.

"Bu gün Fransada bir çox beynəlxalq təşkilatlar cəmlənib. Avropa Şurası, o cümlədən Beynəlxalq Jurnalistlər Birliyi, "Evronews" kimi televiziya kanalı kimi təşkilatların yerləşdiyi məkanda belə bir qanunun qəbul edilməsi ümumiyyətlə, utancvericidir. Çünki bu təşkilatlar dünyanın bir çox ölkələrində istər internetə giriş, istər media vəziyyəti, istərsə də söz azadlığının durumu ilə bağlı təklif və bəyənatlar verirlər. O zaman onlar öz ölkələrində yerləşdiyi vəziyyətə baxmalıdırlar ki, insanın düşüncəsinə görə həbs etmək nə deməkdir. Bu təkcə türklərə yönəlik deyil, ümumiyyətlə demokratiyaya ən böyük zərbədir. Fransa Senatının bu sənədi ümumiyyətlə müzakirəyə buraxıb qəbul etməyi dünyada görünməmiş bir haldır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə