2011-ci il artıq başa çatmaq üzrədir. Ötən 2011-ci il ölkə üçün olduğu kimi, "Ailə TV" şəbəkəsi üçün də uğurlu bir il olub. Televiziyanın mətbuat əlaqələndiricisi Teymur Hacıyevin SİA-ya verdiyi xəbərə görə. bu il "Ailə NET" internet provayderinin şəbəkəsinin genişlənməsi istiqamətində mühüm işlər görülməyə başlayıb. "Ailə TV" kabel televiziyası operatorunun Gəncə şəhərində bir filialı açılıb. Gəncə şəhərində Ailə TV-nin ikinci filialının yaradılması istiqamətində işlər sürətlənib.
2011-ci ildə Ailə TV-nin digər bir brendi olan "A-Media" reklam agentliyi də fəaliyyətə başlayıb. A-Media Bakı metropoliteninin bütün stansiyalarında 70-də çox monitor quraşdıraraq müxtəlif təşkilatlara və biznes strukturlarına səsli-video reklam xidməti təklif edir. Bundan əlavə, 2011-ci ildə Ailə TV bir sıra yeniliklərə imza atıb. Bu il Azərbaycanın kabel televiziyası operatorları arasında ilk dəfə mobil ödəmə terminallarının istifadəyə verilib. Ailə TV növbəti ilin ilk günlərindən etibərən onlayn ödəniş sistemini də tətbiq etməyi planlaşdırıb.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB