Aydın Mirzəzadə: “Builki əfv fərmanı məni ikiqat sevindirdi” - MÜNASİBƏT

Aydın Mirzəzadə: “Builki əfv fərmanı məni ikiqat sevindirdi” - MÜNASİBƏT

Prezident İlham Əliyevin bayramlar öncəsi əfv fərmanının imzalanması ilə bağlı humanist addımları cəmiyyətin praktikasına çevrilib. Millət vəkili Aydın Mirzəzadə SİA-ya açıqlamasında bildirib ki, artıq cəmiyyət öz prezidentinə inanır və ümidlərində heç vaxt yanılmır.

Millət vəkili bildirib ki, illər ərzində insanlar əfv fərmanı ilə azadlığa buraxılaraq ailəsinə qovuşub. Millət vəkilinin sözlərinə görə, insanlar eyni zamanda, məhkəmələrin qərarı ilə cəzasının 1/3-ni çəkdikdən sonra azadlığa buraxılırlar: "Bu qərar müxtəlif təbəqələrdə olan insanlar tərəfindən yüksək səviyyədə qarşılanıb. Mənim üçün bu fərman ikiqat sevindir, çünki əfv komissiyasına etdiyim müraciət nəticəsində Mingəçevirdən 26 yaşlı Səmədov Aqil cəzasının böyük bir hissəsini çəkdikdən sonra əfv edilib. Yanvar ayında seçicilərlə görüşə gedərkən mütləq onların ailəsinə baş çəkəcəyəm. Yeni il ərəfəsində əfv fərmanının verilməsi, böyük bir insanın əmək haqqı, pensiyalarının artırılması yeni ilə yeni sevinclə getmək demək idi".

A.Mirzəzadə qeyd edib ki, indiyə qədər deputatlığı dövründə 10-dan çox insan prezidentin əfv fərmanına düşərək azadlığa buraxılıb. Onun sözlərinə görə, Mingəçevirdə keçirdiyim görüşlərdə dəfələrlə insanlar yaxınlarının, dostlarının əfv edilməsi üçün dəfələrlə müraciətlər edirlər.

"Ağır cinayətlər törətmiş insanlara kömək etmirəm. İnsan ölümü, narkotika, insanlara qəsd kimi ağır cinayətlər törətmiş şəxslərə kömək etməkdən imtina edirəm. Amma ağır olmayan cinayətlərdə məhkum cəzasnın yarıdan çoxunu çəkirsə, həmin insanın islah olunma dərəcəsini öyrənəndən sonra müəyyən köməkliklər etməyə başlayıram. Bundan sonra Əfv Komisisyasına müraciət edərək bir millət vəkili kimi onun azadlığa çıxarılmasını xahiş edirəm. İndiyə qədər dəfələrlə mənim müraciət etdiyim insanlar əfv fərmanına salınıb. Onların ailələri ilə maraqlanıram. Hər halda sevinirəm ki, bu insanlardan heç biri sonradan yenidən cinayət törətməyib", - deyə millət vəkili əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə