Bu gün Səs qəzetinin redaksiyasında Turizmə Dəstək Gənclər Koalisiyası "Turizm 2011" mükafatını qaliblərə təqdim edib. SİA-nın xəbərinə görə, SƏS qəzetinin baş redaktoru, Səs İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev turizmin inkişafına həsr olunan tədbirlərin geniş işıqlandırılması üçün yaratdığı şəraitə görə, yeni yaradılan SƏS TV isə turizmin inkişafına həsr olunan tədbirləri geniş işıqlandırmağa görə "Turizm 2011" mükafatına layiq görülüb.
Turizmə Dəstək Gənclər Koalisiyasının sədri Ramiz Alıyev bildirib ki, çox az media nümayəndələri və yeganə internet televiziyası bu mükafata layiq görülüb. O vurğulayıb ki, Səs Tv qısa vaxt ərzində çox böyük uğurlar qazanıb. R.Alıyev arzu edib ki, bu uğurlar gələcək illərdə daha da çox olsun və internet televiziya digər televiziyalar kimi xüsusi rəğbət qazansın.
Bəhruz Quliyev isə qeyd edib ki, ölkədə gənclər keçmişə hörmət, gələcəyə rəğbət bəslənməlidir. Yəni dövlətçiliyin keşiyində duran, onun təşkilatlanması, qurulması, inkişaf etməsində rolu olan insanlara daima hörmət edilməlidir. Təbii ki, gələcək hər zaman ölkə gənclərinin əlindədir.
"Əminəm ki, Azərbaycan gəncliyi öz potensialını yaxşı istiqamətə yönəldərək xalqın, dövlət və dövlətçiliyin inkişafında çox böyük uğurlar əldə edə biləcək, nailiyyətlər qazanacaq. Azərbaycan gəncləri digər ölkələrin gənclərindən fərqlənir. Əsası ailədə aldığı tərbiyə ilə qoyulan milli mentalitet özünü bugünkü gənclərdə daha çox büruzə verib. Vətənin çiçəklənməsi, ölkənin inkişafı uğrunda cənab prezidentin həyata keçirdiyi siyasətə dəstək vermək üçün gənclər var gücləri ilə çalışmalıdır. Bir daha bütün gənclərə, o cümlədən Turizmə Dəstək Gənclər Koalisiyasına bizə göstərdikləri diqqətə görə təşəkkürümüzü bildirir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. Bu mükafatlar bizim ümumilikdə kollektivimizə verilən qiymətdir. Bu diqqəti yüksək qiymətləndirir və öz təşəkkürlərimizi bildiririk", - deyə B.Quliyev əlavə edib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB