Qubada aşkar edilən kütləvi məzarlıq dağılır. Bölgə müxbirinin SİA-ya verdiyi məlumata görə, 2007-ci il aprel ayının 1-də Qubada aşkar edilən kütləvi məzarlıqdakı kəllə sümüklərində artıq parçalanma prosesi sürətlənib və bir neçə kəllə sümüyü deformasiyaya uğrayıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev məlumat verib. O, sümüklərin çürüməsin qarşısını almaq üçün primitiv üsullara əl atıb. Mütəxəssis mövsümlə əlaqədar olaraq rütubət artdıqca sümüklərdə parçalanma prosesinin daha da sürətləndiyini dilə gətirib. Qəhrəman Ağayevin sözlərinə görə, xüsusilə uşaq kəllə sümüklərində deformasiya prosesi daha sürətlə gedir. O, məzarlıqda olan sümüklərin vaxtında dərmanlanmasa ermənilərin azərbaycanlılara və Qubada yaşayan digər azsaylı xalqlara qarşı törətdiyi soyqırımın ən bariz nümunəsi olan bu faktların məhv olacağını bildirib. Mütəxəssis bildirib ki, indiyənədək Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin tərəfindən məzarlıqdan götürülən 7000 sümük dərmanlanıb və bu proses başa çatıb.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB