Metropolitendə SOS aparatları niyə quraşdırılıb?

Metropolitendə SOS aparatları niyə quraşdırılıb?

Bir necə gündür ki, Bakı Metropolitendən istifadə edən sərnişinlər stansiyalarda SOS aparatlarına rast gəlirlər. Çoxları həmin avadanlığın nə məqsədlə quraşdılmasından xəbərsizdir. Məsələyə aydınlıq gətirən metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva bildirdi ki, istismara verilən SOS aparatları bütün stansiyalarda quraşdırılıb. Məqsəd sərnişinlərin təhlükəsizliyinin təmin etməkdir. Metropolitendə hər hansı bir qəza və ya təhlükəli vəziyyət yaranarsa həmin aparatlar vasitəsilə sərnişinlər dispeçerlərə dərhal məlumat verə bilərlər. Məqsəd metropolitendə sərnişinlərin təhlükəsizliyini təmin etmək və terror aktlarının qarşısını almaqdır".


Bütün xəbərlər Facebook səhifəmizdə