Bayram günlərində kənd təssərüfatı yarmarkaları harada təşkil olunacaq?
Yeni il bayramı ilə əlaqədar olaraq paytaxtın bir çox hissələrində bayram yarmarkaları təşkil olunacaq. İqtisadi İnkişaf Nazirliyindən SİA-ya verilən məlumata görə, yarmarkalar paytaxt və ətraf qəsəbələrdə fəaliyyət göstərəcək: "Bakılılara kənd təssərüfatı yarmakalarından ucuz qiymətə təzə məhsullar almaq imkanı yaradılacaq".
Qurumdan verilən məlumatda o da bildirildi ki, yarmarkalar ayın 31-dək davam edəcək: "Bakılıların nəzərinə çatdırırıq ki, yarmarkalar Dərnəgül, Biləcəri, "Bakı" kinoteatrının və "Əhmədli" metrostansiyasının yaxınlığı, "8-ci kilometr" bazarı, Keşlə bazarı, "Təzə bazar", 3-cü mikrorayon bazarı, Ə.Əliyev küçəsi, Bakıxanov qəsəbəsində dəmir yolu stansiyasının yaxınlığı, Əmircan, Qaracuxur, Badamdar qəsəbələri, həmçinin Şərifzadə küçəsində Bakı Nəqliyyat Kollecinin yaxınlığında təşkil olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB